13 müəmma

  • 13 müəmma
    13 müəmma
    13 müəmma

13 müəmma

Miss Marpl yaşlı kənd qadınıdır. Ərə getməyib, evdar qadındır, bütün günü nəsə toxuyur, bağında çiçəklərə qulluq edir, arabir qonaq gedir, arabir qonaq qəbul edir. Bir çərşənbə axşamı günü miss Marplın qonaqları eşitdikləri, gördükləri, oxuduqları müəmmalı hadisələri birlikdə açmağı təklif edirlər. Beləcə, bir klub yaradırlar, adını da elə “Çərşənbə axşamı” qoyurlar. Kitab bu klubda müzakirə edilən 13 müəmmadan, 13 ayrı hekayədən ibarətdir. Klub üzvləri arasında çox bilikli və savadlı adamlar, hətta Skotland-Yardın keçmiş komissarı da var. Amma bütün hallarda müəmmaları yalnız bu sadə kənd qadını – miss Marpl aça bilir. Kitab maraqlı və əyləncəli mütaliə vəd edir, çünki bu hekayələrin hərəsi bir detektiv romanının cövhəridir.

“On üç müəmma” dahi ingilis yazıçısı Aqata Kristinin “Miss Marpl” adlı roman və hekayə toplusu silsiləsinin qaranquşudur. İlk dəfə 1927-ci ildə “The Royal Magazine” jurnalında dərc edilib, sonradan müəllif bu hekayələr toplusunun qəhrəmanı miss Marplı ona böyük şöhrət gətirən bir neçə romanının əsas personajına çevirib.

Azərbaycan dilində

Aqata Kristi

ISBN: 9789952532968

Yumşaq üz qabığı

312 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 7.90 AZN

MÜƏLLİFİN KİTABLARI

Keşiş evində qətl kitabı, əsəri, nəşri, çap məhsulu

Keşiş evində qətl

Aqata Kristi
ISBN: 978-9952-532-84-5
Qiymət: 7.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

TEZLİKLƏ
Adsız tablo kitabı, əsəri, nəşri, çap məhsulu

Adsız tablo

Elxan Elatlı
ISBN: 9789952563108
Qiymət: 7.90 AZN
Ətraflı »
Ailə sirləri kitabı, əsəri, nəşri, çap məhsulu

Ailə sirləri

Çingiz Abdullayev
ISBN: 9789952515268
Qiymət: 8.40 AZN
Ətraflı »
Alqış sədaları altında ölüm kitabı, əsəri, nəşri, çap məhsulu

Alqış sədaları altında ölüm

Çingiz Abdullayev
ISBN: 9789952515497
Qiymət: 8.40 AZN
Ətraflı »
Alternativ əməliyyat kitabı, əsəri, nəşri, çap məhsulu

Alternativ əməliyyat

Elxan Elatlı
ISBN: 9789952540758
Qiymət: 8.90 AZN
Ətraflı »
Arxalı canavar kitabı, əsəri, nəşri, çap məhsulu

Arxalı canavar

Elxan Elatlı
ISBN: 9789952540000
Qiymət: 6.90 AZN
Ətraflı »