Natamam portret

  • Natamam portret
    Natamam portret
    Natamam portret

Natamam portret

Aqata Kristinin “Meri Vestmakot” imzası ilə nəşr edilmiş qeyri-detektiv romanları da var. Onların hamısı, o cümlədən əlinizdəki “Natamam portret” romanı yarıbioqrafik əsərlərdir. Bu əsərlər Aqata Kristinin elə qurduğu süjetləri kimi müəmmalı həyatına işıq tutmaqla yanaşı, həm də maraqlı psixoloji romanlardır, gözəl sevgi hekayətləridir. Yazıçı “Natamam portret” əsərində bir növ özünə kənardan baxır, lap uşaqlığından tutmuş gənclik təravətini itirməyə başladığı vaxtarına qədər hər xəyalını, hər çırpıntısını bizimlə bölüşür. Öz daxili aləminə dalıb gördüklərini qələmə alır. Lakin “Natamam portret” heç də təkcə yazıçının öz portreti deyil. Burada çox maraqlı obrazlar var və şübhəsiz, onlar Aqatasevərlərə çox tanış gələcəklər. Məsələn, yazıçının dünyagörüşünün formalaşmasında ciddi rol oynamış nənəsinin (müəllif onun adını .əkmir, sadəcə Nənə adlandırır) şirin yumoru, insanlara münasibəti ilə azərbaycandilli oxuculara artıq “On üç müəmma” və “Keşiş evində qətl” romanlarından yaxşı tanış olan miss Marplı xatırladacaq. Bəli, miss Marpl obrazının birinci prototipi Aqatanın nənəsi olub. Müəllif yenə öz ampluasındadır: o, oxucunu ilk cümlələrdən ovsunlayıb kitaba bağlayır, ondan ayrılmağa qoymur və möhürü yalnız sonda vurur.

Azərbaycan dilində

Aqata Kristi

ISBN: 9789952563337

452 səhifə

Ölçü: 120x185 mm

Yumşaq üz qabığı

Qiymət: 9.90 AZN

MÜƏLLİFİN KİTABLARI

13 müəmma kitabı, əsəri, nəşri, çap məhsulu

13 müəmma

Aqata Kristi
ISBN: 9789952532968
Qiymət: 7.90 AZN
Ətraflı »
Keşiş evində qətl kitabı, əsəri, nəşri, çap məhsulu

Keşiş evində qətl

Aqata Kristi
ISBN: 9789952532845
Qiymət: 7.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

13 müəmma kitabı, əsəri, nəşri, çap məhsulu

13 müəmma

Aqata Kristi
ISBN: 9789952532968
Qiymət: 7.90 AZN
Ətraflı »
21 kölgə yoldaş kitabı, əsəri, nəşri, çap məhsulu

21 kölgə yoldaş

Vulf Dorn
ISBN: 9789952563245
Qiymət: 9.90 AZN
Ətraflı »
Adsız tablo kitabı, əsəri, nəşri, çap məhsulu

Adsız tablo

Elxan Elatlı
ISBN: 9789952563108
Qiymət: 7.90 AZN
Ətraflı »
Ailə sirləri kitabı, əsəri, nəşri, çap məhsulu

Ailə sirləri

Çingiz Abdullayev
ISBN: 9789952515268
Qiymət: 8.40 AZN
Ətraflı »
Alqış sədaları altında ölüm kitabı, əsəri, nəşri, çap məhsulu

Alqış sədaları altında ölüm

Çingiz Abdullayev
ISBN: 9789952515497
Qiymət: 8.40 AZN
Ətraflı »