Belçika ovçarkası
Belçika ovçarkası
İnsanlıq adına ləkə olan iyrənc bir cinayət baş verir. On yaşlı bir qız itkin düşür, sonra onun öldürüldüyü məlum olur. Onun cəsədini yiyəsiz bir it – Belçika ovçarkası dənizin sahilindən tapır. Məsum qızcığazı kim və nəyə görə öldürüb? Qonşuluqda yaşayan Zahir adlı bir adam saxlanılır. Onun qızı əvvəlcə zorladığı, sonra öldürüb sahildə basdırdığı iddia olunur. Zahirin həyətindəki toyuq hinindən qızın paltarları tapılır. Doğrudanmı, qatil odur? Bütün sübutlar bunu təsdiq edir. Bəs hər şey göründüyü qədər sadədirmi? Qızın bibisi tərəfindən işə cəlb edilən və Zahirin qatil olmadığını düşünən Qanbay Qasımlı zənnində yanılacaqmı? Qasımlı bu düyünü açmaq, həqiqətləri aşkara çıxarmaq üçün əlindən gələni edəcək. Oxucuların yazıçının əvvəlki romanlarından tanıyıb sevdikləri Ələmdar Məliksoyla Gültən Dəmirli də onun əlindən tutacaqlar. Ələmdarla Gültənin, həmçinin Məxfi Şöbənin bu işə nəyə görə qarışdığını oxucu sonradan biləcək. Oxucu bu əsərdən böyük ədəbi zövq alacaq, eyni zamanda naqis, yaramaz, ləyaqətsiz, çirkin, var-dövlətə tapınan insanlardan iyrəndikcə iyrənəcək.
Azərbaycan dilində
ISBN: 9789952573107
360 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm