Bakı Qız qalası
Bakı Qız qalası
Həsən Həsənovun təqdim olunan monoqrafiyası Bakı Qız qalasının, Bakı bütpərəstlik kompleksinin, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Qız qalasının bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Müəllif əvvəllər irəli sürülmüş versiyaların (Qız qalasının guya orta əsrlər - VI-XII əsrlər tikilisi olması; müdafiə və ya göz qalası olması; dünyagörüşü baxımından isə zərdüştilik ənənələrinə uyğun gəlməsi) tamamilə əsassız olduğunu sübut edir və öz nöqteyi-nəzərinin xeyrinə inandırıcı dəlillər gətirir.
Əsərdə Misir arxeologiyası üzrə aparıcı tədqiqatçıların qədim Misir mənbələrində Bakının adının çəkilməsi barədə unudulmuş məlumatları canlandırılır, Bakı bütpərəstlik kompleksinin planiqrafiyasında ulduz bürclərinin canlandırılması barədə məlumat verilir. Polisemantik etimologiya və linqvistik arxeologiya metodları burada xüsusi qeyd olunmalıdır, çünki müəllif onların köməyi ilə Bakının, Bakı Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açır.
H.Həsənovun əsərinin yalnız tarix, memarlıq elmləri və sənətşünaslıq üçün deyil, həm də humanitar elmlər üçün əhəmiyyətini tam dəyərləndirmək olduqca çətindir. Çünki qədim Azərbaycan mədəniyyətinin dünyagörüşü və etnik zəmini haqqında məsələ ilk dəfə onun tərəfindən qoyulub və həll edilib.
Təqdim olunan kitab müəllifin "Qız qalası" əsərinin dördüncü nəşridir. İlk iki nəşr rus dilində olub, üçüncü nəşr ingilis dilində UNESCO tərəfindən həyata keçirilib. Hazırkı nəşr Azərbaycan dilində birincidir. Bu nəşrin əvvəlkilərdən fərqi kitabın iki cilddə olmasındadır. Bu səbəbdən əsərdə onun məzmununa xələl gətirmədən cüzi struktur dəyişiklikləri edilib. Əsərin iki cilddə çap olunması tədqiqatın iki yaxın, amma müstəqil mövzuları əhatə etməsi ilə bağlıdır. Birinci cild məşhur "Bakı Qız qalası"na, ikinci isə hazırkı Bakı şəhərinin öz başlanğıcını götürdüyü, çox az məlum olan, lakin izləri qalan "Bakı tanrıçılıq kompleksi"nə həsr olunub.
Azərbaycan dilində
ISBN: 9789952515336
300 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x200 mm