Bakı tanrıçılıq kompleksi

  • Bakı tanrıçılıq kompleksi
    Bakı tanrıçılıq kompleksi
    Bakı tanrıçılıq kompleksi

Bakı tanrıçılıq kompleksi

Həsən Həsənovun təqdim olunan "Bakı tanrıçılıq kompleksi" monoqrafiyası Bakı bütpərəstlik kompleksinin, Bakı Qız qalasının, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Bakı bütpərəstlik kompleksinin bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Bu kitabda qədim Bakının sakrallığı, Bakı bütpərəstlik kompleksinin formalaşdırılma prinsipləri, İçərişəhərdə skiflərin bütpərəst tenqirliklərinin iyerarxik yerləşməsi, onların zahiri görünüşü, adları haqqında tamamilə yeni informasiyalar verilir.
Əsərdə Misir arxeologiyası üzrə aparıcı tədqiqatçıların qədim Misir mənbələrində Bakının adının çəkilməsi barədə unudulmuş məlumatları canlandırılır, Bakı bütpərəstlik kompleksinin planiqrafiyasında ulduz bürclərinin canlandırılması barədə məlumat verilir. Polisemantik etimologiya və linqvistik arxeologiya metodları burada xüsusi qeyd olunmalıdır, çünki müəllif onların köməyi ilə Bakının, Bakı Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açır.
H.Həsənovun əsərinin yalnız tarix, memarlıq elmləri və sənətşünaslıq üçün deyil, həm də humanitar elmlər üçün əhəmiyyətini tam dəyərləndirmək olduqca çətindir. Çünki qədim Azərbaycan mədəniyyətinin dünyagörüşü və etnik zəmini haqqında məsələ ilk dəfə onun tərəfindən qoyulub və həll edilib.
Təqdim olunan kitab müəllifin "Qız qalası" əsərinin dördüncü nəşridir. İlk iki nəşr rus dilində olub, üçüncü nəşr ingilis dilində UNESCO tərəfindən həyata keçirilib. Hazırkı nəşr Azərbaycan dilində birincidir. Bu nəşrin əvvəlkilərdən fərqi kitabın iki cilddə olmasındadır. Bu səbəbdən əsərdə onun məzmununa xələl gətirmədən cüzi struktur dəyişiklikləri edilib. Əsərin iki cilddə çap olunması tədqiqatın iki yaxın, amma müstəqil mövzuları əhatə etməsi ilə bağlıdır. Birinci cild məşhur "Bakı Qız qalası"na, ikinci isə hazırkı Bakı şəhərinin öz başlanğıcını götürdüyü, çox az məlum olan, lakin izləri qalan "Bakı tanrıçılıq kompleksi"nə həsr olunub.
Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Həsən Həsənov

ISBN: 9789952515398

Yumşaq üz qabığı

316 səhifə

Ölçü: 130x200 mm

Qiymət: 9.10 AZN

MÜƏLLİFİN KİTABLARI

Bakı Qız qalası kitabı, əsəri, nəşri, çap məhsulu

Bakı Qız qalası

Həsən Həsənov
ISBN: 9789952515336
Qiymət: 8.40 AZN
Ətraflı »
Birinci Respublikaya aparan yolda kitabı, əsəri, nəşri, çap məhsulu

Birinci Respublikaya aparan yolda

Həsən Həsənov
ISBN: 9789952310450
Qiymət: 10.50 AZN
Ətraflı »
Makedoniyalı İsgəndər və Atropat kitabı, əsəri, nəşri, çap məhsulu

Makedoniyalı İsgəndər və Atropat

Həsən Həsənov
ISBN: 9789952515329
Qiymət: 7.70 AZN
Ətraflı »
Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr kitabı, əsəri, nəşri, çap məhsulu

Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr

Həsən Həsənov
ISBN: 9789952563276
Qiymət: 7.90 AZN
Ətraflı »
Top gurultusu altında diplomatiya kitabı, əsəri, nəşri, çap məhsulu

Top gurultusu altında diplomatiya

Həsən Həsənov
ISBN: 9789952563351
Qiymət: 17.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

1-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

1-ci Dünya müharibəsinin şəkilli tarixi

Endryu Uist
ISBN: 9789952510652
Qiymət: 23.80 AZN
Ətraflı »
2-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

2-ci Dünya müharibəsinin şəkilli tarixi

Ouen But
Con Uolton
ISBN: 9789952510669
Qiymət: 23.80 AZN
Ətraflı »
Azərbaycan Cümhuriyyəti tələbələri kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Cümhuriyyəti tələbələri

Ədalət Tahirzadə
Oğuztoğrul Tahirli
ISBN: 9789952494556
Qiymət: 35.00 AZN
Ətraflı »
Azərbaycan Gündəliyi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Gündəliyi

Tomas Qolts
ISBN: 9789952310160
Qiymət: 16.00 AZN
Ətraflı »
Azərbaycan mühacirəti tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan mühacirəti tarixi

Xaləddin İbrahimli
ISBN: 9789952494570
Qiymət: 8.40 AZN
Ətraflı »