Kafkadan Rilkeyə qədər

Kafkadan Rilkeyə qədər
12 hekayə
Əsərləri “Kafkadan Rilkeyə qədər” kitabında təqdim olunan müəlliflərin bir qismi Azərbaycan oxucularına yaxşı tanışdır. Müəmmalarla dolu Kafka yaradıcılığı, insanı onun özündən daha yaxşı tanıyan Svayqın psixologiyanın ən dərin qatlarına sirayət etmiş novellaları, Rilkenin lirik-kövrək əsərləri xüsusilə son dövrlərdə bir neçə dəfə nəşr olunub. Ancaq Peter Handke, İlze Ayxinqer, Marianne Qruber, Radek Knapp kimi adlar Azərbaycan oxucusu üçün, demək olar ki, təzədir. Ümid edirik ki, müxtəlif nəsillərin yaradıcılığının ən yaxşı nümunələrinin, müxtəlif yazı maneralarına malik müəlliflərin əsərlərinin cəmləndiyi bu toplu ilk cəhd kimi istər ərazisinə, istərsə də əhalisinin sayına görə Azərbaycana çox yaxın olan bir ölkənin böyük ədəbiyyatı haqqında dolğun təsəvvür yaradacaq.
Azərbaycan dilində

ISBN: 978 9952 313 93 2
Yumşaq üz qabığı
252 səhifə
Ölçü: 130x198 mm
TEZLİKLƏ
BU KATEQORİYAYA AİD KİTABLAR

Hekayələr toplusu


ISBN: 978-9952-310-75-7