TƏDBİRLƏR

˝BP Azerbaijan˝ şirkəti TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində 3 dərsliyi Azərbaycan dilində təqdim etdi

˝BP Azerbaijan˝ şirkəti TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində 3 dərsliyi Azərbaycan dilində təqdim etdi

17.12.2019

“BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gələn bu kitablar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir.

Autizm barədə "On Fakt" kitabının təqdimatı keçiriləcək
Autizm barədə daha məlumatlı olmaq və maariflənmək üçün 26 oktyabr, saat 14:00-da "Hər bir autizmli uşağın bilməyinizi istədiyi 10 fakt" kitabının təqdimatı keçiriləcək. Tədbirdə klinik psixoloq Narınc Rüstəmova, həkim psixiatr Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova çıxış edəcəklər.
 
Məkan: Park Akademiya LIBRAFF
Tədbir zamanı "Hər bir autizmli uşağın bilməyinizi istədiyi 10 fakt" kitabını əldə edən hər kəsə "Autizm şiddətinin ölçülməsi testi" hədiyyə olunacaq.

"Tunc mələk" kitabının imza günü keçiriləcək
Hörmətli oxucular!
 
Hər birinizi 27 aprel tarixində, saat 16:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında, Vahid Məmmədlinin müəllifi olduğu "Tunc mələk" kitabının imza gününə dəvət edirik.
 
Giriş sərbəstdir!
İlbər Ortaylı ilə görüş keçiriləcək

Türkiyənin tanınmış tarixçisi İlbər Ortaylı ilə görüş və "Türklərin qızıl dövrü"  kitabının imza günü 18 aprel, saat 15:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında keçiriləcək.